Modern.az

BMT sülhməramlılarının karvanına hücum etdilər

BMT sülhməramlılarının karvanına hücum etdilər

Aktual

5 İyun 2018, 08:58

Bir qrup silahlı Mərkəzi Afrika Respublikasında (MAR) BMT sülhməramlılarının karvanına hücum edib.

Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bu barədə BMT-nin baş katibinin mətbuat katibi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində bir tanzaniyalı BMT sülhməramlısı həlak olub, 7 sülhməramlı isə yaralanıb.

S.Düjarrik bildirib ki, baş katib Antoniu Quterreş sülhməramlılara hücumu qətiyyətlə pisləyir.

Beləliklə, ilin əvvəlindən Mərkəzi Afrika Respublikasında həlak olan sülhməramlıların sayı 4-ə çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?