Modern.az

Milli komandamız bu gün Qazaxıstanla qarşılaşacaq  

Milli komandamız bu gün Qazaxıstanla qarşılaşacaq   

Aktual

5 İyun 2018, 09:38

Milli komandamız bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək. 

Modern.az-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız səfərdə Qazaxıstan millisi ilə qarşılaşacaq.

"Astana Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu, Qurban Qurbanovun millimizə baş məşqçi təyin edildikdən sonra keçirilən ilk səfər oyunudur. Komandamızın bunadək 4 yoxlama oyunundan 2-i Antalyada, 2-i isə Bakıda olub.

Qeyd edək ki, bu, millimizin Qurban Qurbanovun rəhbərliyi altında 5-ci oyunu olacaq. Bunadək 4 yoxlama oyunu keçirən yığmamız Moldova və Makedoniya ilə heç-heçə edib, Belarusa məğlub olub, Qırğızıstana qalib gəlib.

   
5 iyun

Yoldaşlıq görüşü

20:00. Qazaxıstan – Azərbaycan
Hakimlər
: Aleksandr Tyan, Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan (hamısı Moldova)
Astana. "Astana Arena”

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?