İran bu gün uranın zənginləşdirilməsinə hazırlıq haqda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə məlumat verəcək.
Modern.az “Reusters” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın nüvə energetikası üzrə təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvandi bildirib.
İranın bu addımı nüvə razılaşmasının ləğv ediləcəyi təqdirdə atacağı bildirilir.
“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təqdim olunacaq məktubda İran, uran heksafluoridini istehsal etmək qabiliyyətini artırmaq prosesini çərşənbə axşamı başlayacağını açıqlayacaq” – Kamalvandi bildirib.
Əvəz ZEYNALOV