Modern.az

Baş nazir kuryoz olayla qarşılaşdı - VİDEO

Baş nazir kuryoz olayla qarşılaşdı - VİDEO

Aktual

5 İyun 2018, 11:28

Hollandiya baş naziri Mark Rutte ehtiyatsızlıqdan yerə tökdüyü qəhvəni özü təmizlədi.

 

Modern.az “BBC TÜRK”ə istinadən xəbər verir ki, hadisə nazirin parlamentə girişi zamanı baş verib.

Təhlükəsizlik girişindən keçən zaman Rutte ehtiyyatsızlıqdan əlindəki qəhvə stəkanını yerə salır.

 

Daha sonra “Bez kimi bir şey var?” – soruşan Rutte xidmətçilərin gətirdikləri pol ağacı ilə yeri özü sildi.

Baş nazir həmçinin bezlə üzərinə qəhvə tökülən masaları da silib.

 

Onun bu əməli ölkədə rəğbətlə qarşılanıb.

Modern.az həmin görüntüləri sizə təqdim edir.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?