Modern.az

Həmsədrlər Ermənistana gedir

Həmsədrlər Ermənistana gedir

Aktual

5 İyun 2018, 11:53

ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə Ermənistana səfər edəcəklər.

Modern.az saytının Ermənistan KİV-nə istinadən məlumatına görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.

O deyib ki, iyunun 13-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana səfər edəcəklər.

XİN rəsmisinin sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan XİN başçıları və ya baş nazirlə prezident arasında görüş barədə heç bir razılaşma yoxdur.

"Yerevanda vasitəçilərlə XİN başçısı arasında ilk əlaqə olacaq. Görüşdə həmçinin gələcək addımlar da müzakirə olunacaq"- o bildirib. 

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır