Modern.az

“Qaçqınkom”un sədri qəbula gələnlərlə bağlı tapşırıq verdi  

“Qaçqınkom”un sədri qəbula gələnlərlə bağlı tapşırıq verdi   

Aktual

5 İyun 2018, 15:25

İyunun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev qəbul keçirib.


Görüşdə Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, Bakı şəhəri üzrə sektor müdirləri və ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.

Modern.az-ın məlumatına görə, qəbulda Bakı şəhəri və ətraf qəsəbələrdə məskunlaşmış məcburi köçkünlər iştirak edib. Məcburi köçkünlərin müraciətləri ayrı-ayrılıqda dinlənilib. Qəbula gələnlər Komitə sədrinə əsasən mənzil, işə qəbul, kommunal xidmətlər və digər sosial problemlərin həlli ilə bağlı müraciət edib.

Bütün müraciətlər Komitə tərəfindən qeydə alınıb. Dövlət Komitəsinin sədri  müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər  görülməsi üçün  tapşırıqlar verib.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?