Modern.az

Milli komandamız Qazaxıstana uduzdu

Milli komandamız Qazaxıstana uduzdu

Aktual

5 İyun 2018, 19:57

Astanada Azərbaycanın futbol üzrə milli komandası Qazaxıstan yığması ilə üz-üzə gəlib.

Modern.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri matçda ev sahiblərinə 0:2 hesabı ilə məğlub olub.

Hesab oyunun 12-ci dəqiqəsində açılıb. Qapımıza təyin olunan cərimə zərbəsi zamanı Roman Murtazayev hamını qabaqlayaraq topu baş zərbəsi ilə uzaq küncə göndərib.

İki dəqiqədən sonra Serikjan Mujikov müdafiəçilərimizin kobud səhvindən istifadə edərək  ikinci topu qapımızdan keçirib. 89-cu dəqiqədə meydana yeni çıxmış Baurjan Turusbek hesabı 3:0-a çatdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?