Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmologiya Xidmət Mərkəzi Azərbaycanda baş verən zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.
Modern.az Mərkəzə istinadən xəbər verir ki, zəlzələ, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb.
Yeraltı təkanlar yeni 2 km dərinliyində 5,5 maqnituda gücündə olub. Zəlzələ episentirdə 6 bala qədər hiss olunub.
22:56
Azərbaycanda zəlzələ olub. Modern.az xəbər verir ki, zəlzələ ölkənin Şimal-Qərb bölgəsində baş verib. Yeraltı təkanlar 22:40 radələrində qeydə alınıb. Zəlzələ daha çox şimal-qərb bölgəsində - Şəki, Qax, Balakən, Zaqatala, habelə Göyçay və digər ətraf rayonlarda da hiss olunub.
Dağıntı və tələfat barədə hələlik məlumat verilmir.