Modern.az

Qarabağ separatçıları siyasi böhranda: “baş nazir” istefa verir

Qarabağ separatçıları siyasi böhranda: “baş nazir” istefa verir

Aktual

6 İyun 2018, 11:33

Ermənistandan sonra separatçı Dağlıq Qarabağ rejimində də siyasi böhran yaşanır.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, separatçı rejimin “baş naziri” Araik Arutunyan istefa ərizəsini yazıb.

 

O ərizəsini separatçı rejimin rəhbəri Bako Saakyana təqdim  edib.

Arutunyan saat 15:00-a təyin olunmuş mətbuat konfransında istefanın səbəblərini açıqlayacağını elan edib.

 

Qeyd edək ki, bundan əvvəl Arutunyana qarşı separatçı rejimdə etiraz nümayişi keçirilib. Etirazlara yenə Ermənistan baş naziri Nikol Paşinyanın çağırışından sonra son qoyulub.

 

Əvəz ZEYNALOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı