Futbol üzrə Dünya Çempionatı Səudiyyə Ərəbistanında yayımlanmaya bilər.
Modern.az “Le Fiaqro” nəşrinə istinadən xəbər verir ki, Səudiyyə telekanalları oyunları yayımlama hüququ əldə edə bilməsə ərəblər futbola baxa bilməyəcəklər.
Hələ də yerli telekanalların heç biri Qətərdən yayım hüququ əldə edə bilməyib. Matçların yayım hüququ Qətərin “beIN Media” şirkətinə məxsusdur. FİFA isə bu problemdə əlaqəçi qismində çıxış edir.
Qətər şirkəti Səudiyyə kanallarını yayımın qeyri-qanuni şəkildə ələ keçirilməsi və translyasiyasında ittiham edir.
Bu gedişlə mundealın başlamasına qədər tərəflər razılığa gəlməzsə Səudiyyə ərəbləri 2018 Dünya Futbol Çempionatını izləmək imkanından məhrum qalacaqlar
Əvəz ZEYNALOV