Modern.az

Dolu ABŞ təyyarəsinin pəncərələrini sındırdı

Dolu ABŞ təyyarəsinin pəncərələrini sındırdı

Aktual

6 İyun 2018, 12:30

ABŞ hava yollarına məxsus sərnişin təyyarəsi təbii fəlakətə düşüb.

Modern.az “CNN Türk”ə istinadən xəbər verir ki, güclü doluya məruz qalan təyyarəni pilotlar çox çətinliklə yerə endirə biliblər.

Bazar günü San-Antoniyodan Phoneksə uçan “American Airlines”ə məxsus sərnişin təyyarəsi təbii fəlakətlə əlaqədar El-Pasoya məcburi eniş etməli olub.

Güclü dolu A319 tipli təyyarənin pəncərələrini sındırıb. Pilotlar çox çətinliklə, görüntünün minimum olduğu bir şəraitdə təyyarəni endirməyə müvəffəq olublar.

Sərnişinlər arasında xəsarət alan yoxdur. Onlar yalnız panika yaşayıblar.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı