Modern.az

Merin tərəfdarları və əlehdarları yumruq davasına çıxdı - VİDEO

Merin tərəfdarları və əlehdarları yumruq davasına çıxdı - VİDEO

Aktual

27 İyul 2018, 10:44

Ukraynanın Sumsk əyalətində şəhər meriyasında kütləvi dava baş verib.

 

Modern.az xəbər verir ki, Konotop şəhər meriyasının binasında hazırki merin tərəfdarları ilə əleyhdarları arasında kütləvi dava çıxıb.

 

Sumsk əyaləti polis şöbəsinin ictimaiyyətlə əlaqələr şöbəsi Facebook sosial şəbəkəsində hadisə ilə əlaqədar 4 polisin yaralandığı, 50 nəfərin isə saxlanıldığı bildirilib.

 

“Hər iki tərəf bir-birini dava və münaqişəyə təhrik edən tərəfdaşlarını salonda toplayıb. Salonda vətəndaşlar və ictimai fəallar da olduğundan, polis xəsarət alanların olmaması üçün tərəflər arasında sədd çəkib” – Sumsk əyalətinin Milli Polis Baş İdarəsi sosial şəbəkədə yazıb.

Modern.az həmin görüntüləri sizə təqdim edir.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı