Modern.az

ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər

ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər

Aktual

27 İyul 2018, 11:31

ABŞ Türkiyəyə qarşı “əhəmiyyətli sanksiyalar” tətbiq edə bilər.

 

Modern.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Türkiyəni keşiş Endrü Bransonu ABŞ-a təhvil verməməsi qarşılığında sanksiyalar gözləyir.

 

Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Hoqan Hidli prezidentin sözlərində şərh verərkən bildirib.

“Prezident keşişin evinə dönməsini gözləyir. Əgər bu baş verməsə onlar sanksiyaları gözləyə bilərlər” – Hidli qeyd edib.

 

Xatırladaq ki, cümə axşamı ABŞ prezidenti Donald Tramp Türkiyənin keşişi qaytarmayacağı təqdirdə ona qarşı “əhəmiyyətli sanksiyalar”ın tətbid ediləcəyini bildirib.

Lakin vitse-prezident Maykl Pens isə sanksiyaların Bransonun azadlığa buraxılmayacağı təqdirdə də tətbiq ediləcəyini qeyd edib.

 

Qeyd edək ki, Türkiyədə fəaliyyət göstərə protestant keşiş Endrü Branson PKK və FETÖ terror qruplaşmaları ilə əlaqədə şübhəli bilinir. O, 2017-ci ildə həbs edilib.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı