Modern.az

“Turistlərin diqqətini Bakıdan regionlara yönəltmək lazımdır” - Beynəlxalq ekspert

“Turistlərin diqqətini Bakıdan regionlara yönəltmək lazımdır” - Beynəlxalq ekspert

Aktual

27 İyul 2018, 13:05

“Azərbaycan əsasən ənənəvi turizm növlərini inkişaf etdirir. Şaxələnmə və daha dinamik dəyişikliklər üçün yeni istiqamətlərə də müraciət olunmalıdır. Məsələn, MİCE istiqaməti (Meetings, incentives, conferencing, exhibitions). Yəni görüşlərin, toplantıların, konfransların, sərgilərin təşkili də turistləri cəlb etmək üçün əhəmiyyətli olur.

İkinci vacib məsələ, regionlarda turizmin inkişafı və regiona gedən turistin orada daha çox qalmasını təmin etmək. Düstur çox sadədir: turist nə qədər çox qalırsa, o qədər də çox gəlir əldə olunur”.

Bu sözləri Modern.az-a açıqlamasında turizm üzrə beynəlxalq ekspert, Qərbi Kaspi Universitetinin müəllimi Daiqa Falkane bildirib.

Xanım Falkane bildirib ki, turistlər daha çox Bakını seçirlər, ancaq hədəf olmalıdır ki, bu maraq həm də regionlara yönəlsin və onlar regionlarda daha çox qalsınlar.

Ekspert qeyd edib ki, bunun üçün ilk növbədə keyfiyyət yüksək səviyyədə olmalıdır: “Keyfiyyət dedikdə ümumi xidmətlər məcmusu nəzərdə tutulur, turist əmin olmalıdır ki, restoranlar, otellər, bütün infrastruktur, eləcə də onların göstərdiyi xidmətlər yüksək səviyyədədir. Burda da ali təhsil ocaqlarının üzərinə xeyli məsuliyyət düşür. Peşəkar kadrlar olmadan bunları heç biri qənaətbəxş səviyyədə təmin oluna bilməz. Biz indi Qərbi Kaspi Universitetində bax, bu kadr problemini həll etməyə çalışırıq”

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı