İsveçdə meşə yanğınlarının güclənməsi və təhlükəli əraziyə yaxınlaşması ilə əlaqədar qırıcılar havaya qalxıb.
Modern.az Yerli mətbuata istinadən xəbər verir ki, alovun köhnə poliqona yaxnlaşması ilə əlaqədar ona havadan bomba atılaraq söndürülüb.
Təhlükəli yanğını bombanın zərbə nöqtəsindən 100 metr radiusda söndürmək mümkün olub.
Hakimiyyət yanğının Elvdalen şəhərinə və köhnə hərbi poliqona yaxınlaşmasına görə bu addımı atmaq qərarına gəlib.
Hərbçilərin yanğına qarşı lazerlə hədəfə kilidlənən JAS-39 Gripen bombasından istifadə ediblər.
Hadisə anbaan kamera vasitəsi ilə qeydə alınıb.
Modern.az həmin görüntüləri sizə təqdim edir.
Qeyd edək ki, Yunanıstanda baş vermiş güclü yanğınlarda da bu üsuldan istifadə edilib.
Əvəz ZEYNALOV