Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, 20 yanvar küçəsi 22 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakışəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
Bu haqda Modern.az-a nazirlikdən bildirilib.
Əraziyə keçirilən baxış zamanı köküstə yaş müxtəlif cinsli 3 ədəd ağacın kəsildiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib.
Qanun pozucusunun müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbir görülməsi məqsədilə Bakı Şəhər Polis İdarəsinə məktubla müraciət olunub.
Sözügedən əraziyə yeni ağacların əkilməsi üçünBakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.