Modern.az

Qudurmuş it 23 nəfəri dişlədi

Qudurmuş it 23 nəfəri dişlədi

Aktual

27 İyul 2018, 17:43

Misirin Əsyut vilayətində əsl zombi filmlərini xatırladan hadisə baş verib.

 

Modern.az “Əl Vətən” nəşrinə istinadən xəbər verir ki, Deyrut yaşayış məntəqəsində qudurmuş bir it 23 nəfəri dişləyib.

 

İtin səhər saatlarında küçədə peyda olduğu bildirilir. Artıq günorta saatlarında isə 23 vətəndaş qudurmuş itin dişləməsi səbəbi ilə xəstəxanaya müraciət edib.

 

Deyrut xəstəxanasında zərərçəkmişlərin hər birinə dərman çatmayıb və onların bir qismi qonşu şəhərdəki xəstəxanaya göndərilib.

 

Dişlənmiş şəxslərin hər birinin həkim nəzarətində saxlanılacağı bildirilir.

Qeyd edək ki, qudurmuş it polis tərəfindən güllələnərək öldürülüb.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı