Modern.az

Nazarbayev Bodrumda cangüdənləri ilə dənizə girdi - FOTOLAR

Nazarbayev Bodrumda cangüdənləri ilə dənizə girdi - FOTOLAR

Aktual

27 İyul 2018, 19:34

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bodrumda istirahət edir.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, cangüdənləri ilə dənizə girən Nazarbayev 75 dəqiqə suda üzüb. Qaldığı otelin sahilində yürüş edən prezidentin cangüdən ordusu ilə gəzməsi diqqətdən yayınmayıb. Bodruma 2 gün əvvəl xüsusi yaxta ilə yollanan 75 yaşlı Nazarbayev onu tanıyanlarla salamlaşaraq fotolar çəkilməsinə icazə verib.

Prezidentin 4-5 gün sonra yunan adalarına səyahət edəcəyi, daha sonra isə yenidən Bodruma qayıdacağı öyrənilib. O, 2 həftə istirahətdən sonra ölkəsinə dönəcək. 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır