Modern.az

Qazaxda avtomobil körpüdən aşıb, sürücü xəsarət alıb

Qazaxda avtomobil körpüdən aşıb, sürücü xəsarət alıb

Aktual

28 İyul 2018, 09:10

Qazaxda avtomobil körpüdən aşıb.

 

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Ağköynək kənd sakini 1986-cı il təvəllüdlü Samir Qədir oğlu Məmmədov idarə etdiyi “VAZ 21011” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın Qazax şəhəri ərazisində olan körpüdən aşıb.

 

 

Qəza zamanı sürücü S. Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı