Rusiya Xarici İşlər Nazirliyindən Ermənistan tərəfinin KTMT-nin Baş katibini dəyişmək barədə çağırışına cavab gəlib.
Modern.az Rusiya XİN-nə istinadən xəbər verir ki, Rusiyanın XİN rəhbəri Sergey Lavrov belə dəyişiklik üçün Ermənistan tərəfinin öz nümayəndəsini rəsmi surətdə geri çağırmalı olduğunu bildirib.
Lavrov bunun üçün iyulun 27-də erməni tərəfdaşı Zoqrab Mnatsakanyan ilə telefonla lazımi müzakirəni etdiklərini qeyd edib.
Onun sözlərinə görə Rusiya XİN-i bu barədə bəyanat verib.
“KTMT-nin qaydalarına uyğun olaraq əgər Yerevanda bu barədə qərar qəbul edilibsə, bunun üçün elə Ermənistan tərəfi öz vətəndaşını KTMT-nin Baş katibi vəzifəsindən geri çağırmalıdır” – bəyanatda bildirilir.
Qeyd edək ki, Ermənistan XİN KTMT-nin digər üzvlərinə təşkilatın baş katibinin yenidən seçilməsi üçün çağırış edib. Təşkilatın hazırki baş katibi Ermənistan vətəndaşı Yuri Xaçaturovdur.
Əvəz ZEYNALOV