Hindistanın şimalında 3 gün yağan musson yağışları səbəbi ilə ölənlərin sayı artıb.
Modern.az “Press Trust of India” agentliyinə istinadən xəbər verir ki, Uttar-Pradeş ştatında yağışlar 58 nəfərin həyatına son qoyub.
Təbii fəlakətdə daha 53 nəfərin yaralandığı bildirilir.
Ölənlər haqda məlumatlar ştatın bir sıra yaşayış məntəqələrindən gəlir.
Insanların əksəriyyəti evlərin damının uçması, ağacların və elektrik dirəklərinin aşması və ildırım urması səbəbilə dünyasını dəyişib.
Ştatın naziri Yoqi Adityanatx yerli hakimiyyət orqanlarına xilas etmə işlərinə başlamağı və evləri sökülən şəxslərə lazımi yardımları göstərməyi tapşırıb.
Qeyd edək ki, bundan əvvəl Ermənistanda avtobusun aşması nəticəsində 30 nəfərin ölümü barədə məlumat verilib.
Əvəz ZEYNALOV