Modern.az

Sumqayıtda avtomobil parkında partlayışda 1 nəfər öldü: 4 yaralı - YENİLƏNİB

Sumqayıtda avtomobil parkında partlayışda 1 nəfər öldü: 4 yaralı - YENİLƏNİB

Aktual

28 İyul 2018, 21:27

Sumqayıtda avtomobil parkının ərazisində baş verən yanğın zamanı xəsarət alanların kimliyi məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı 5 nəfər xəsarət alıb. Xəsarət alanlar 1980-ci il təvəllüdlü Quliyev Akif Eldar oğlu, 1981-ci il təvəllüdlü Məlikov Rövşən Malik oğlu, 1951-ci il təvəllüdlü Rüstəmov Fərhad Əhməd oğlu, habelə Məlikov Musi Bəhmən oğlu və 1990-cı il təvəllüdlü Mustafayev Yanar Fərrux oğludur.

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralılardan biri - Məlikov Musi Bəhmən oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib. Digər 4 nəfərin vəziyyəti ağır olduğundan onlar Bakı şəhərindəki 5 saylı xəstəxanaya göndərilib.

İlkin məlumata görə, hadisəyə yük maşınında ustalar tərəfindən aparılan təmir işləri səbəb olub.

 

Hadisə yerinə FHN-nin və Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

 

20:01

 

Sumqayıt şəhərində yerləşən avtomobil parkının ərazisində partlayış baş verib. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində yerləşən avtomobil parkının ərazisində partlayış baş verib.

 

Nəticədə parkın ərazisində dayanmış 1 ədən yük və 1 ədəd minik avtomobilində yanğın başlayıb.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Sumqayıt Regional Mərkəzinin xilasetmə dəstələri hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, hadisə nəticəsində yanıq xəsarətləri almış 4 nəfər xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı