Modern.az

Ana və 3 yaşlı qızını maşın vurdu

Ana və 3 yaşlı qızını maşın vurdu

Aktual

29 İyul 2018, 00:06

Hacıqabulda ana və 3 yaşlı qızını avtomobil vurub. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb. «QAZ 3110» markalı avtomobil yolu keçən Meyniman kənd sakini, 1989-cu il təvəllüdlü Cəfərova Afaq İlyas qızını və onun 3 yaşlı qızını vurub. Nəticədə ana və qızı yüngül xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

 

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı