Modern.az

Siyəzən və Şabrandakı meşə yanğınlarının qarşısı alınıb - YENİLƏNİB

Siyəzən və Şabrandakı meşə yanğınlarının qarşısı alınıb - YENİLƏNİB

Aktual

29 İyul 2018, 18:10

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivində) baş vermiş yanğınlar qismən söndürülüb.
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi bildirib. Alovun yaşayış məntəqələrinə və istirahət mərkəzlərinə doğru hərəkətinin qarşısı tam alınıb. Hazırda tüstülənmə davam edir, açıq alov müşahidə olunmur. Yaşayış məntəqələri və istirahət obyektləri üçün təhlükə yoxdur.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Aviasiya dəstəsinin qüvvələri tərəfindən yanğınların tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

****

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəətrafı ərazidə yanğın başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, ərazidə əsən külək yanğının meşəlik əraziyə (çətin keçilən dağlıq ərazi) keçməsinə səbəb olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 1 ədəd “Mi-17” helikopteri hazırda hadisə rayonundadır. Yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı