Modern.az

Xəzərdə daha 2 nəfər təhlükəyə düşdü - 1-i boğuldu

Xəzərdə daha 2 nəfər təhlükəyə düşdü - 1-i boğuldu

Aktual

29 İyul 2018, 18:07

Bu gün Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1 km aralı, nəzarətsiz ərazi) 2 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 1 nəfəri xilas etmiş və 1993-cü il təvəllüdlü İsrafilov Ceyhun Musa oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı