Modern.az

Bakı metrosunda oğurluq edən cibgir dəstə tutuldu

Bakı metrosunda oğurluq edən cibgir dəstə tutuldu

Aktual

30 İyul 2018, 12:19

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar.

DİN-dən Modern.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Qazax rayon sakini S.Şıxıyevaya “Gənclik” stansiyasında qatarda çantasından mobil telefonunun oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb və qısa müddətdə oğurluq etməkdə şübhəli bilinən 3 nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Balakən rayon sakini Rəşad Qurbanov və əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Zaur Ələkbərov və Sumqayıt şəhər sakini Təvəkkül Cavadov olduqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı