Modern.az

Orqanizmə mənfi təsir edən amillərlə mübarizə istiqamətində müzakirələr aparılıb

Orqanizmə mənfi təsir edən amillərlə mübarizə istiqamətində müzakirələr aparılıb

Aktual

6 İyun 2018, 11:52

“Gənc və Yeniyetmələrə Psixo-Sosioloji Kömək” Xeyriyyə fondu Azərbaycan  Respublikasının Prezidentiyanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili “ layihəsi çərçivəsindəbir sıra tədbirlər həyata keçirib.

 

Modern.az xəbər verir ki, tədbirdə  açıq və qapalı yerlərdə çirklənmiş havanın, suyun, qeyri-adekvat sanitar qaydalarının, qeyri-sabit iqlim şəraitinin, infeksion xəstəliklərin baş verməsinin yeni modellərinin, ultrabənövşəyi şüalanma və eko-sistemlərin dəyişməsiləxəstəliklərin yaranmasının insan sağlamlığı üçün mühüm ekoloji risk amilləri olduğu diqqətə çatdırıldı. Orqanizmə mənfi təsir göstərən amillərlə mübarizə istiqamətində ictimai səhiyyənin bir sıra hədəf və vəzifələrini sadalayan layihənin eksperti C.Məmmədov ekoloji problemlərin ictimai səhiyyənin əsas həll etməli olduğu vacib məsələlərdən olduğunu qeyd etdi: “Bu gün ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapmışdır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ətraf mühitlə bağlı qəbul olunmuş bir sıra qanunlar, reallaşan dövlət proqramları və layihələr ətraf mühitin daha da sağlamlaşdırılması üçün böyük imkanlar açır. Bununla yanaşı, Azərbaycan Respublikası bu günə kimi bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, müvafiq protokollar imzalamışdır. Nailiyyətlərə baxmayaraq, görüləcək işlər hələ də mövcuddur.”

 

“Ətraf mühit – davamlı inkişaf üçün əlaqələrin idarə edilməsi” mövzusunda təqdimatla Orxan Rüstəmli çıxış etdi: “Dünyada sərt iqlim dəyişməsi, yeni fəlakətlər, yeni xəstəliklərin əmələ gəlməsi ətraf mühit sağlamlığı üçün ciddi xəbərdarlıqdır. Bunu nəzərə alaraq, müvafiq təşkilatlar tərəfindən mütəmadi tədbirlər görülür. Problemlərin həlli yolunda bu cür görüşlərin keçirilməsi olduqca vacibdir.”

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?