Aprelin 9-da Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağsaqqallarla görüş keçirdi.
Rayonun bütün yaşayış məntəqələrini təmsil edən ağsaqqallarla görüş zamanı əhalini narahat edən problemlər dinlənildi, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, belə görüşlərin rayonun inkişafında müstəsna əhəmiyyəti olduğu qeyd edildi.
Görüşdə irəli sürülən təkliflərin icrası ilə bağlı konkret tədbirlərin görüləcəyi ifadə edildi.