Modern.az

Azərbaycan İndoneziya əməkdaşlığı müzakirə edilir

Azərbaycan İndoneziya əməkdaşlığı müzakirə edilir

Aktual

11 Aprel 2019, 22:08

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İndoneziyanın "Pertamina" şirkəti əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.

Modern.az xəbər verir ki, bunu “Trend”ə SOCAR-ın investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

 

O bildirib ki, hazırda şirkətin böyük nümayəndə heyəti Bakıda səfərdədir.

 

Vitse-prezidentin sözlərinə görə, danışıqlar zamanı tərəflər treydinq, "upstream" və investisiya layihələrinin reallaşdırılması sahələrində əməkdaşlıq imkanlarını müzakirə edəcək.

 

Qeyd edək ki, "Pertamina" şirkəti İndoneziyada "Chevron"dan sonra ikinci ən iri neft istehsalçısıdır. Şirkət 1968-ci ildə "Pertamin" və "Permina" şirkətlərinin birləşməsindən yaranıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz