Modern.az

İcra başçısı əhalinin qaldırdığı problemləri araşdırdı - FOTO

İcra başçısı əhalinin qaldırdığı problemləri araşdırdı - FOTO

Aktual

11 Aprel 2019, 22:32

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bu gün də vətəndaşların qəbulunu keçirib. Goranboy Rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, qəbulda idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak etdib. Sakinlər öz problemlərini, təkliflərini səsləndiriblər. Müraciətlər arasında işlə təminat, torpaq sahəsinin ayrılması,  fərdi evin təmiri, elektrik enerjisi və təbii qazla bağlı məsələlər üstünlük təşkil edib. Vətəndaşların müraciətlərini tək-tək dinləyən cənab Məhərrəm Quliyev, səsləndirilən bir çox problemlərin əksəriyyətinin yerindəcə həlli barədə konkret tapşırıqlar verib. Digər məsələlərin həlli araşdırılaraq müvafiq qurumlara tapşırılıb.

 

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev ağsaqqallarla görüşdə qaldırılan məsələlərlə əlaqədar Goranboy şəhər qəbiristanlığındakı mövcud vəziyyətlə tanış olub.

 

İcra başçısı ağsaqqallar və dindarlarla görüşərək onların təkliflərini öyrənib. Məhərrəm Quliyev qəbiristanlığın ətrafının hasarlanması, daxili hərəkat yolunun asfaltlanması və ağacların suvarılması ilə bağlı kəsilmiş su xəttinin bərpası barədə müvafiq göstərişlər verib.

 

İcra Hakimiyyətinin başçısı rayonun bir sıra məsul şəxsləri ilə birlikdə Goranboy Xalça toxuculuğu müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olub. İcra başçısı  işçilərin iş şəraiti ilə maraqlanıb və burada yüksək  səviyyədə istehsal olunan xalçalara nəzər salıb.

Məhərrəm Quliyev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi Goranboy rayonunda da ənənəvi istehsal və emal sahələrinin bərpası istiqamətində tədbirlər uğurla icra olunur.  Goranboyda qədim xalçaçılıq ənənələrinin olması nəzərə alınaraq “Azərxalça” ASC-nin Goranboy filialının təsis edilməsi buna bir nümunədir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı