Modern.az

Bakıda evdən iki qardaşın meyiti tapılıb

Bakıda evdən iki qardaşın meyiti tapılıb

Aktual

12 Aprel 2019, 10:25

Bakıda evdən iki qardaşın meyiti tapılıb.

Modern.az ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Babək prospekti 90, mənzil 25 ünvanında qeydə alınıb. Ötən gün axşam saat 20.21-də həmin ünvandan təcilli yardıma çağırış daxil olub. Daxil olan çağırış əsasında təcili tibbi yardım briqadası ünvana gedib və orada iki qardaşın - 40 yaşlı Yuri və 44 yaşlı Aleksandr Məhərrəmovların öldüyünü müəyyən ediblər. Hadisə barədə Xətai rayon Prokurorluğu məlumatlandırılıb. 

Xətai rayon Prokurorluğundan bildirilib ki, daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı