Modern.az

Zakir Həsənov tapşırıq verdi - Hərbçilərin sosial-məişət şəraiti yaxşılaşdırılsın

Zakir Həsənov tapşırıq verdi - Hərbçilərin sosial-məişət şəraiti yaxşılaşdırılsın

Aktual

12 Aprel 2019, 11:43

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Maddi-Texniki Təminat (MTT) Baş İdarəsində 2019-cu ilin birinci rübünün yekunlarına dair toplantı keçirilib.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, toplantıda MTT Baş İdarəsinin tabeliyində olan arsenal, baza, anbar və hərbi hissələrdə döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin mənəvi-psixoloji durumu, qoşun xidməti və hərbi intizamın təhlili aparılıb. Müvafiq xidmətlərə cavabdeh şəxslər görülən işlərlə bağlı ətraflı məruzələrlə çıxış ediblər.

Yekunda cari ilin ikinci rübündə hərbi hissələrin silah-sursat, ərzaq, əşya və əmlak təchizatı, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı müdafiə nazirinin tapşırıqları vəzifəli şəxslərə çatdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...