Qanada qadın komandaları arasında keçirilən yarışda hakim döyülüb.
Modern.az xəbər verir ki, "Prisons Ladies" və "Ampem Darkoa" komandaları arasında keçirilən matçı idarə edən qadın hakim Teresa Bremansu final fitindən sonra bir azarkeşin hücumuna məruz qalıb. Onun "Prisons Ladies" fanatı olduğu bildirilir.
Məlumata görə, azarkeş referinin "Ampem Darkoa"nun 1:0 hesablı qələbə qazandığı matçın əsas vaxtına lazımi qədər vaxt əlavə etməyib.
FIFA referisi olan Teresa Bremansunun hücuma məruz qalmasına sərt şəkildə etiraz edən Qana Futbol Federasiyası günahkarın cəzalanacağını bildirib.
Novruz NOVRUZLU