Modern.az

Xörək duzunun daha bir zərəri üzə çıxdı

Xörək duzunun daha bir zərəri üzə çıxdı

Aktual

12 Aprel 2019, 21:39

İnsan orqanizmində xörək duzunun yığılması allergik immun reaksiyaların inkişafına səbəb olur.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Münhen Texniki Universitetinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.

 

Müşahidələr nəticəsində məlum olub ki, xörək duzunun tərkibində olan natrium xlorid orqanizmdəki T-hüceyrələrə təsir edir. Nəticədə bu hüceyrələr həddindən çox zülal istehsal edir.

 

Qeyd olunur ki, IL-4 və IL-13 zülalları immunitet üçün vacib olsa da, bunların çoxluğu allergik reaksiyalara da səbəb ola bilər.

 

Alimlərin fikrincə, T-hüceyrələrə natrium xloridin təsiri aradan qalxdıqda allergik reaksiyalar da azalır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı