Modern.az

Sabahın havası – Bakıda 19 dərəcə isti olacaq

Sabahın havası – Bakıda 19 dərəcə isti olacaq

Aktual

13 Aprel 2019, 12:56

Sabahın hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, aprelin 14-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. 

 

Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-20° isti, Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 8-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti təşkil edəcək.   

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı