Modern.az

Təyyarə helikopterlərlə toqquşdu, ölən və yaralananlar var

Təyyarə helikopterlərlə toqquşdu, ölən və yaralananlar var

Aktual

14 Aprel 2019, 10:40

Nepalın Lukla şəhərinin hava limanında yüngülmühərrikli təyyarə iki helikopterlə toqquşub.

 

Modern.ın məlumatına görə, uçuşa hazırlaşan yüngülmühərrikli təyyarənin pilotu idarəetməni itirib və uçuş-eniş zolağının kənarında duran iki helikopterə çırpılıb.

 

Qeyd edilir ki, insident nəticəsində təyyarənin pilotlarından biri və helikopterlərin yaxınlığında olan texniki inspektor həlak olublar, 3 nəfər isə xəsarət alıb.

 

Təyyarədə sərnişinlərin olmadığı bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz