Modern.az

Komitə sədri Kiyevdə Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Komitə sədri Kiyevdə Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Aktual

14 Aprel 2019, 15:20

Bu gün Ukrayna Azərbaycanlıları Radasının qurultayına toplaşan iştirakçılar ümummilli lider Heydər Əliyevin Kiyevdəki abidəsini ziyarət ediblər.

 

Modern.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının (RAU) təsis qurultayında iştirak etmək üçün Kiyevdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və qurultay nümayəndələrinin bir hissəsi Heydər Əliyev parkındakı abidəni ziyarət edib və önünə gül dəstələri qoyublar. 

Qeyd edək ki, bu gün RAU-nun təsis qurultayında Kiyevdən və Ukraynanın regionlarından 200-dən çox nümayəndənin iştirakı nəzərdə tutulub.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...