
Yanvarın 18-də Beynəlxalq Mətbuat Mərkəzində “Konstitusiya” Araşdırmalar Fondu Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirilən “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılıq mexanizmlərinin yaradılması və onun ictimai vəkillik kampaniyasının aparılması” layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
“Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimov layhə barədə məlumat verib. O, bildirib ki, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılmasına, vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasına yardım göstərilməsi, cəmiyyətdə korrupsiyanın təzahür formaları və onlara qarşı mübarizə metodları haqqında ictimaiyyətin məlumatlandırılması layihənin əsas məqsədləri olub.
Layihə çərçivəsində vəzifəli şəxslər tərəfindən gəlir deklarasiyalarının təqdim edilməsi ilə bağlı beynəlxalq təcrübə öyrənilib. Avropa ölkələrində, ABŞ-da, həmçinin MDB ölkələrində vəzifəli şəxslər tərəfindən gəlir deklarasiyalarının təqdim edilməsi praktikası, qanunvercilik əsasları, prosedurları təhlil olunub. Bununla yanaşı Azərbaycanda vəzifəli şəxslər tərəfindən gəlir deklarsiyalrının təqdim edilməsi prosesini tənzimləyən qanunvericilik təhlil edilib.
Bu araşdırmaların nəticəsi kimi, beynəxalq təcrübəyə əsaslanaraq “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Maliyyə xarakterli məlumatlar haqqında Bəyyannamə” formasının, Bəyyannamənin təqdim edilmə qaydalarının layihələr, vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları təqdim etməsi prosesinin, mexanizm və prosedurların təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanıb.
Bu təkliflər Bakı, Mingəçevir və Gəncə şəhərlərində bütün maraqlı tərəflərin iştirakı ilə müzakirə edilib.
Z.İbrahimov qeyd edib ki, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli Qanunu ilə “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları” haqqında təsdiq edilib. Lakin, bu günə kimi Nazirlər Kabineti tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi üzrə bəyannamə forması hazırlanmayıb.
“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən hazırlanmış “Maliyyə xarakterli məlumatlar haqqında Bəyyannamə” formasının layihəsində vəzifəli şəxslərin əmək haqqı, dividentlər, hədiyyələr, qiymətli kağızlardan gəlir, əmanətlərdən gəlir, elmi fəaliyyətdən gəlir, pedaqoji fəaliyyətdən gəlir, yaradıcılıq fəaliyyətindən gəlir, miras, qonorarlar, pensiya, sosial müavinət, alimentlər, icarə, əmlak satışından gəlirlər, ödənilmiş borclar, digər gəlirlər, həmçinin, vergitutma obyekti olan əmlakı, bəyannamə təqdim edən şəxslə birgə yaşayan valideynlərin vergitutma obyekti olan əmlakı, bəyannamə təqdim edən şəxslə birgə yaşayan uşaqlarının cəm halında vergitutma obyekti olan əmlakı, kredit təşkilatlarında əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri, şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı, şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu, şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim etmələri nəzərdə tutulub.
“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həmçinin, vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsini tənzimləyən qanunverciliyin təkmilləşdirilməsi ilə bağlı təkilflər hazırlanıb.
Movcud qanunvericiliyə əsasən vəzifəli şəxsin təqdim etdiyi maliyyə xarakterli məlumatlar şəxsi həyatın sirri hesab olunur. Maliyyə xarakterli məlumatları qəbul edən orqanlar həmin məlumatların konfidensiallığının qorunmasını təmin etməlidirlər. Bu məlumatlar ictimaiyyət üçün açıq deyildir. Bu məlumatları bəyannamələri qəbul edən orqanlardan Komissiya, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı Azərbaycan Respublikası Baş prokurorunun və ya məhkəmələrin əsaslandirilmiş qərarları ilə tələb edilə bilər. Həmçinin, müəyyən edilir ki, vəzifəli şəxslər tərəfindən təqdim edilmiş maliyyə xarakterli məlumatların qanunsuz toplanılması və ya yayılması qanunvericiliklə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəb olur.
“Düşünürük ki, maliyyə bəyannamələrinin yoxlanılmasında ilkin araşdırma mexanizminin əhatəsi genişləndirilməlidir. Bu məqsədlə aidiyyəti informasiya baza və reyestrlərinə çıxış imkanları təmin edilməlidir. Yoxlama təsadüfi seçim əsasında və ya potensial riskin qiymətləndirilməsi yolu ilə həyata keçirilə bilər.
Həmçinin, vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların qəsdən təqdim edilmədiyi, səhv təqdim halda adekvat sanksiyaların tətbiq edilməsinn (inzibatı, mülki və cinayət məsuliyyəti) nəzərdə tutulmalıdır. Bəyyannamələrin elkrton formada internet vasitəsilə təqdim olunmalıdr, yalnız bu mümkün olmadıqda bəyyannamələr kağız formatında təqdim oluna bilər.
Biz düşünürük ki, bəyyannamələrin açıqlanmaması korrupsiyaya qarşı mübarizə sahəsində gəlir bəyyannamələrinin təqdim edilməsinin effktini azaldan amillərdəndir. Belə ki, bəyyannamələrin açıqlanmaması vətəndaşların, vətəndaş cəmiyyəti institutlarının vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları barədə informasiya əldə etmək, ictimai nəzarətin həyata keçirilməsi imkanlarını məhdudlaşdıracaq. Beynəlxalq təcrübədə göstərir ki, bəyyannamələrin açıqlandığı, yaxud qismən açıqlandığı ölkələrdə bəyyannamələrin təqdim edilməsi institutu daha effektif fəaliyyət göstərməkdədir. 2006-cı ildə Dünya Bankı tərəfindən həyata keçirilən araşdırma müəyyən etmişdir ki, Bankın fəlaiyyət göstərdiyi 148 ölkədədn 42-si, yəni 30 faizində bəyannamələr tətbiq edilmir, 106 ölkədədn üzdə birində isə bəyyannamələr ictimaiyyət ümün açıqlanır.
Bu baxımdan təklif edirik ki, siyası vəzifə və seçkili vəzifə tutan, Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və azad edilən edilən, Mill Məclis tərəfindən vəzifəyə təyin və azad edilən, Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və azad edilən edilən vəzifəli şəxslər illik gəlirləri, əmlakının dəyəri, əmlak icarəsindən əldə etdiyi gəlir, kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitlərinin, şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət paylarının, şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borclarının, əmlakının ümumi dəyiri açıqlansın. Digər vəizfəli şəxslərin təqdim etdiyi məlumatların vətəndaşların yazılı sorğusu əsasında qismən təqdim edilsin. Məhkəmənin qərarı ilə isə istənilən vəzifəli şəxsin maliyyə xarakterli məlumatlar tam şəkildə açıqlanmalıdır”-deyə Fondun eksperti bildirib.
Artıq layihə çərçivəsində hazırlanmış təkliflərin Nazirlər Kabineti və Korrupsiyaya Qarşı Mübarizə üzə Komissiyaya təqdim etdiklərini vurğulayan Fond təmsilçisi təşəbbüslərinin diqqət və maraqla qarşılandığını bildirib. Onun sözlərinə görə, Nazirlər Kabineti təklifləri baxılmaq üçün Vergilər Nazirliyinə göndərib. Vergilər Nazirliyi tərəfindən isə Fonda rəsmi cavab verilib, bildirilib ki, “maliyyə xarakterli məlumatlar haqqında bəyyannamə formasının hazırlanması və təqdim edilməsi sahəsində beynəlxalq təcrübə öyrənilməklə müvafiq işlər həyata keçirilir. Fondun təkliflərinə müvafiq layihə hazırlanarkən baxılacaq”.
Z.İbrahimovun sözlərinə görə, gəlir bəyannamələrinin tətbiqi korrupsiyanın qarşısını bir neçə yolla ala bilər. İlk olaraq gəlirlərin açıqlanması ictimaiyyətə və ya aidiyyəti qurumlara imkan verir ki, vəzifəli şəxsin/subyektin varlanmasına və ya gəlirlərində olan hər hansı bir dəyişikliyə nəzarət etsin. Bu məlumatların mütəmadi təqdim edilməsi müddətlər arasında şəxsin gəlirləri və ya xərcləri arasında olan şübhəli görsənən halları müəyyən etməyə və bununla bağlı şəxsdən bunun əsaslandırılmasının tələb edilməsinə və ya araşdırmaların aparılmasına imkan verir. Bununla yanaşı vəzifəli şəxslə bağlı belə məlumatların, xüsusilə onun hansısa şirkətdə qərarverici mövqedə olması və onun səhmləri və ya hər hansı bir formada olan maraqlarının bilinməsi, onun dövlət qulluqçusu olaraq verdiyi qərarların şəxsi maraqlarla əlaqəsini müəyyən etməyə və belə hallarda şəxsin həmin məsələ ilə bağlı qərarın verilməsindən kənarlaşdırılmasına imkan verir.
Bəyannamələr həmçinin, ictimaiyyət üçün təsirli siqnaldır belə ki, onlar vəzifəli şəxslərin fəaliyyətində mümkün maraqlar toqquşması hallarını izləyə bilir və bununla bağlı aidiyyəti qurumlara vaxtında məlumat verə bilirlər. Bu həmdə vətəndaşların dövlət qurumuna olan etimadını və vəzifəli şəxsin fəaliyyətində olan şəffaflıq üzrə olan əminliyini artırır. Bəyannamələr qabaqlayıcı, preventiv xarakterlidir və çəkindirici xüsusiyyətə malikdir. Belə ki, əldə edilmiş qeyri qanuni gəlirlərin aşkar olması, bunlar üzərində ictimai və ya kənar nəzarətin olması xüsusiyyət vəzifəli şəxsləri korrupsiya hallarına yol verməkdən çəkindirir.
Gəlir bəyyannamələri eyni zamanda hüquq-mühafizə orqanları üçün əhəmiyyətli alətdir. Belə ki, onlar hər hansı şübhələrin yarandığı halda vəzifəli şəxsin gəlirlərini onun maraqlı olduğu müəssisə və təşkilatları asanlıqla izləyə, bunların onun bank hesabları ilə uyğunluğunu təyin edə və onun rəsmi gəlirləri ilə gündəlik yaşayış tərzi xərcləri arasında əlaqələri aşkar edə bilər. Bəyannamələr eyni zamanda Çin, Gürcüstan, Honq-Konqda ölkələrin hüquq sistemlərində cinayət təqibi hallarında əlavə mənbə kimi istifadə edilə bilər.
Modern.az