Azərbaycanda trans yağlarla bağlı normativ hüquqi akt hazırlanır.
Modern.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib.
Q.Təhməzli qeyd edib ki, bununla bağlı Qida Təhlükəsizliyi İnstitunun tərkibində akt üzərində iş aparılır:
“Trans yağlarının üzərində Qida Təhlükəsizliyi İnstitunun ekspertləri məşğuldur. Trans yağların ərimə temperaturu yüksək olduğu üçün insan bədənində ərimir və sağlamlıq üçün ziyanlıdır”.
Sədrin sözlərinə görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şamaxı, Xaçmaz, Şəki, Tovuz regional bölmələrinə 32 adda müxtəlif yağlar- kərə yağları və spred yağları ekspertizaya cəlb olunub:
“Bunlardan 12-də trans yağların miqdarı normadan yuxarı olub".