Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sahibkarlara çağırış edib.
Modern.az-ın məlumatına əsasən, Agentlik sədri bildirib ki, heç bir sahibkarlıq subyekti məhsulunun geri qaytarılması ilə bağlı onlara müraciət etməyib:
“Sahibkarlar elə hesab edir ki, onlar yararsız məhsullarını geri çağırarlarsa onların imicinə zərər dəyər. Bu əsla belə deyil. Dünyanın qida sahəsində fəaliyyət göstərən böyük şirkətləri istehlakçılarının hüquqlarını qoruyaraq məhsullarında nöqsanlar olarsa, geri çağırırlar. Bu önəmli məsələdir və beynəlxalq standartlara uyğundur. Dəyərli iş adamlarına çağırış edirəm ki, yararsız mallarını geri çağırma prosedurundan iştirak etsinlər”.
O qeyd edib ki, əgər agentlik tərəfindən yararsız məhsullarla bağlı faktlar aşkarlanmasaydı, adıçəkilən məhsulların satışını təşkil etməkdə davam edəcəkdilər”.