Modern.az

FHN helikopterləri Şəkidə yaralananları Bakıya gətirəcək

FHN helikopterləri Şəkidə yaralananları Bakıya gətirəcək

Aktual

14 İyul 2019, 14:34

Şəkidə Xan Sarayında külək nəticəsində aşan çinarın insanları üzərinə düşməsi nəticəsində xəstəxanaya 19 nəfər müraciət edib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-verilən son məlumata görə, onlardan 4 nəfərin vəziyyəti ağırdır:

"Fövqəladə Hallar Nazirliyinin helikopterləri hazır vəziyyətə gətirilib. Paytaxtdan yüksək ixtisaslı həkim briqadaları hadisə yerinə cəlb olunublar. Ehtiyac olduğu halda yaralılar helikopterlər vasitəsilə paytaxta gətiriləcəklər".

Rəsmi məlumata görə, digər 15 nəfərə isə ilkin tibbi yardım göstərilib, vəziyyətləri normaldır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı