Şəmkirdə ölümlə və xəsarətlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Şəmkir rayon Əliyaqublu kəndinin ərazisindən keçən hissəsində olub.
"VAZ-2106" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, daha 4 nəfər yaralanıb.