Modern.az

Milli Şuranın mitinqinə İCAZƏ VERİLDİ

Milli Şuranın mitinqinə İCAZƏ VERİLDİ

Aktual

30 Oktyabr 2019, 15:36

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.

 

Modern.az xəbər verir ki, Bakı Meriyasında Milli Şuraya daxil olan cavabda müraciətə baxıldığı bildirilib.

Qeyd edilib ki, mitinqin noyabrın 2-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Milli Şura isə BŞİH-ə ünvanladığı müraciətdə noyabrın 2-də mitinq keçirilməsi üçün Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunu (keçmiş "Məhsul" stadionu) və ya Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığını istəmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı