Modern.az

Azərbaycanda axtarışda olan şəxs 17 il sonra tutuldu

Azərbaycanda axtarışda olan şəxs 17 il sonra tutuldu

Aktual

30 Oktyabr 2019, 16:30

17 il axtarışda olan Astara sakini saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin və DİN-in Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonunun Şahağacı kənd sakini Ramil Məmmədov saxlanılıb. 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində Ramil Məmmədov barəsində 08.11.2002-ci il tarixində axtarış elan olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı