Modern.az

Toydan qayıdırdılar, qəzaya düşdülər - FOTO

Toydan qayıdırdılar, qəzaya düşdülər - FOTO

Aktual

30 Oktyabr 2019, 18:24

Qəbələdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində Qəbələ-Ağdaş yolunda qeydə alınıb. "QAZ 2410" markalı, 10-KD-881 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən təkəri partlayıb və yoldan çıxaraq elektrik dirəklərinə çırpılıb. Hadisə zamanı avtomobildə olan 3 qadın xəsarət alıb. Yaralılar Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər (apa).

Məlumata görə, qəzaya düşən avtomobildəki şəxslər toydan qayıdırmış.

 Faktla bağlı araşdırma aparılır. 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı