Modern.az

Vilayət Eyvazov daha bir rəisi vəzifəsindən azad etdi

Vilayət Eyvazov daha bir rəisi vəzifəsindən azad etdi

Aktual

30 Oktyabr 2019, 18:41

Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

 

Modern.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi, polis polkovniki Fuad Bəxtiyarov vəzifəsindən azad edilib.

 

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, F.Bəxtiyarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq, təqaüdə göndərilib.

 

Qeyd edək ki, Nazirliyin idarə səlahiyyətli Növbətçi Hissələri İdarəetmə Xidmətinə növbətçi hissələr, “102” Xidməti-Zəng Mərkəzi və Təhlükəsiz Şəhər Xidməti daxildir.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı