Modern.az

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq

Aktual

30 Oktyabr 2019, 19:59

Sabah Biləsuvar, Ağstafa və Qaxın təbii qaz təchizatında fasilələr olacaq.

 

Modern.az  xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

 

"Oktyabrın 31-də saat 09:00-dan Biləsuvar, Ağstafa və Qax rayonlarının ərazisində qaz xətti üzərində quraşdırılmış qurğuların yeri dəyişdiriləcək, yeni qaz tənzimləyicisi quraşdırılacaq, aşkarlanan qaz sızmaları aradan qaldırılacaq. Bununla bağlı təmir işlərinin aparılmasına şərait yaradılması məqsədilə qeyd edilən rayonların bir hissəsində qaz təchizatında fasilələr müşahidə ediləcək", - deyə "Azəriqaz"ın məlumatında bildirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı