Modern.az

Özünü bıçaqlayan Sumqayıt sakini xəstəxanada öldü

Özünü bıçaqlayan Sumqayıt sakini xəstəxanada öldü

Aktual

30 Oktyabr 2019, 20:58

Sumqayıt şəhərində ölüm hadisəsi qeydə alınıb.

Modern.az  APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 1981-ci il təvəllüdlü İsmayılov Ramin Çingiz oğlu bədəninin müxtəlif yerlərinə bıçaqla xəsarət yetirib.

Çoxlu qan itirən R.İsmayılov xəsətəxanaya çatdırılsa da həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Onun aliment borcu olduğundan canına qəsd etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyaya ağır zərbələr - Şəhərlərdə cəhənnəm alovu!