Modern.az

Türkiyədən ABŞ-ın qətnaməsinə CAVAB

Türkiyədən ABŞ-ın qətnaməsinə CAVAB

Aktual

30 Oktyabr 2019, 21:29

Türkiyə Böyük Millət Məclisi ABŞ-ın Nümayəndələr palatasının qondarma “erməni soyqırımı”na dair qərarını pisləyən, rədd edən və hüquqi qüvvədən düşməsini bildirən qətnamə qəbul edib.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənəddə qətnamə tərəfdarlarının tarixi gerçəkliyi təhrif etdiyi vurğulanır:

"ABŞ-ın Nümayəndələr palatasının bir sıra dairələrin qondarma erməni soyqırımı iddiaları ilə bağlı gündəmə gətirdiyi söz-söhbətlərə sahib çıxmasını, ağıl və vicdan sahibi üzvlərinin etirazlarına baxmayaraq, bir qərar olaraq rəsmiləşdirməsini Türkiyə parlamenti adından qətiyyətlə qınayır və rədd edirik. 

Əvvəlki illərdə də Nümayəndələr palatası tərəfindən buna bənzər təşəbbüslər irəli sürülsə də,  səsvermə zamanı indiki kimi düşməncəsinə özünü büruzə verməyib. Bu qətnamə tarixi gerçəkliyi təhrif etmək cəhdidir".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı