Modern.az

Elmar Məmmədyarov Avropa İttifaqının xüsusi nümayəndəsilə nədən danışdı?...

Elmar Məmmədyarov Avropa İttifaqının xüsusi nümayəndəsilə nədən danışdı?...

Aktual

31 Oktyabr 2019, 08:28

Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa ittifaqının Cənubi Qafqaz və Gürcüstanda böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

Modern.az xəbər verir ki, T.Klaar Azərbaycanın Qoşulmama Hərəkatının Zirvə görüşünə yüksək səviyyədə ev sahibliyi etdiyi üçün təbrik edib.

Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının 18-ci Bakı Zirvəsinin yekun sənədində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş müddəanın əhəmiyyətini vurğulayaraq, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin və Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyinin tanınmaması və iqtisadi fəaliyyət də daxil olmaqla bu vəziyyətin saxlanılmasına hər hansı dəstəyin göstərilməməsi mövqeyinin 120 dövlət, yəni beynəlxalq ictimaiyyətin üçdə ikisi tərəfindən dəstəkləndiyini qeyd etdi.

 

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı durumu barədə qarşı tərəfə məlumat verib. Münaqişənin beynəlxalq ictimaiyyətin tələbinə uyğun olaraq, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü əsasında həll edilməsinin vacibliyini qeyd edildi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı